Yazarların qaydaları:

1.     Ən əsas qayda-heç bir halda kopiya məqalə qəbul edilməyəcəkdir! Yəni    internetdəki hər hansısa bir mənbədən götürdüyünüz məqaləni olduğu kimi “kopyala yapışdır” edərək göndərdiyiniz məqalələr qəbul olunmayacaqdır. Məqalələr xüsusi olmalı, yəni internetdə heç bir yerdə ona rast gəlinməməlidir. İnternetdən götürdüyünüz məqalələr yalnız bir yolla qəbul oluna bilər ki, o da həmin məqaləni oxuyub söz və cümlələrini müvafiq sinonimləri ilə dəyişməklə, yəni məqaləni oxuyub yenidən yazdıqda qəbul edilir. (Cümlələrin mənası dəyişməmək, itməmək, qarışmamaq şərtilə) Məqalənin kopiya olub-olmamasını yoxlama üsullarından biri də budur:
http://smallseotools.com/plagiarism-checker saytı vasitəsilə özünüz də məqalənin kopiya olub-olmamasını müəyyən edə bilərsiniz. Göstərilmiş məqalə paketlərində (100; 200 və 500 kəlməlik) kəlmələrin sayını əskik etmək olmaz. Göndərdiyiniz məqalə qəbul olunmadıqda bu sizə 48 saatdan gec olmayaraq bildiriləcəkdir.
     
2.     Məqalə Azərbaycan dilində olmalı, imla qaydasını pozmamalı,  orfoqrafik səhvlərə yol verməməli və  məqalə anlamsız sonluqla bitməməlidir. Məqalənin başlığı mütləq şəkildə  olmaqla bərabər 1-6 (2;3;4;5) kəlmə arasında olmalı, məqalənin başlığı  onun tərkibində ən azı 2 dəfə işlənilməli, yazılan məqalələr xəbər, elan, bildiriş şəklində olmamalıdır, yəni  məqalə müəyyən vaxtdan(tarixdən) sonra öz aktuallığını itirməməlidir. Hər  bir məqaləni yazarkən başlıqdan sonra mötərizədə məqalənin mövzusunu  da qeyd etməlisiniz. 

3. Diqqət! Yalnız sizə verilən sifarişlər əsasında məqalə göndərə bilərsiniz. Əks halda göndərdiyiniz məqalələr hesaba alınmayacaqdır! Sizə verilən məqalə sifarişində hansı mövzuda neçə kəlməlik mövzu yazacağınız bildiriləcəkdir. Buna görə qeydiyyat zamanı göstərdiyiniz e-mail adresinizi hər gün yoxlayın. 

Yuxarıda qeyd olunmuş qaydalardan biri pozularsa göndərdiyiniz məqalə qəbul olunmayacaqdır!

4.     Qazancınız hesabınızda ən az 5 AZN olduqdan sonra hər ayın 25-30 arası qeydiyyat zamanı göstərdiyiniz hesaba ödəniləcəkdir.

5.     Qazanclar bal sistemi ilə aparılır. 1000 bal=50 qəpikdir. Hər bir yazıçının hesabında olan balların sayı müvafiq bölmədə göstəriləcəkdir.

      -Qəbul olunmuş 100 kəlməlik məqalənin hər bir kəlməsi 1 balla qiymətləndirilir.

      -Qəbul olunmuş 200 kəlməlik məqalənin hər bir kəlməsi 1,4 balla qiymətləndirilir.

      -Qəbul olunmuş 500 kəlməlik məqalənin hər bir kəlməsi 1,6 balla qiymətləndirilir.


Qeyd: Məqalənin kəlmə sayını avtomatik öyrənmək üçün bu saytdan istifadə edə bilərsiniz: http://az.wordcounter360.com